Əsas Səhifə > Şou-biznes > “Mənim özümün eşqim, həvəsim nə gəlirsə onu ifa edirəm konsertdə”

“Mənim özümün eşqim, həvəsim nə gəlirsə onu ifa edirəm konsertdə”


24-10-2025, 11:33

Dizayner Aynur Xəlilovanın “YouTube” kanalında yayımlanan “Hərşeyşünas” podkastı yeni – 3-cü mövsümə start verib. "DİA-AZ" xəbər verir ki, verilişin ilk qonağı Xalq artisti Alim Qasımov olub. 

Sənətkar söhbət zamanı musiqiyə yanaşmasından, ifa zamanı hisslərinə güvəndiyini və sənət mühitindəki münasibətlərdən danışıb: “Mənim özümün eşqim, həvəsim nə gəlirsə onu ifa edirəm konsertdə. Cavan uşaqlarla oxumağım… onu mən oxuyandan sonra içimdən gəlirsə, özüm-özümə deyirəm ki, bu səhv ola bilməz. Bu nə vaxtsa tutacaq. Amma danışanlar var — bilməyib danışanları demirəm, amma bilərəkdən danışanlardakı paxıllıqdır. Deyirlər, bu nədi e eliyir…”

Alim Qasımov etiraf edib ki, gələcəkdə yeni xanəndələr fərqli tərzdə ifa etdikdə o da onları qısqana bilər: “Gənclər var, yeni xanəndələr gələcək, onlar məndən sonra gəlib nəsə eləsələr mən də onları qısqanacam. Deyəcəm, bu nədir eliyirlər? Amma olar, olar… Mən də deyinəcəm”.

Xalq artisti həmçinin qızı Fərqanə Qasımova ilə bağlı bir xatirəsini də bölüşüb: “Bir dəfə Fərqanə ilə xaricdə konsertdə idik. O, orada maraqlı bir şeylər oxudu. Mən özüm-özümə dedim ki, aaa… bu nağayrır? Mən elədiyimi yox, özünəməxsus ifa elədi. İfası bitəndən sonra danladım onu, amma sonra özüm-özümə dedim ki, korladın işləri…”


Geri qayıt