Əsas Səhifə > Şou-biznes > Dilarədən yayın son akkordları...

Dilarədən yayın son akkordları...


Dünən, 16:13

Yayda istirahətə yox deyən, yalnız sənəti ilə məşğul olan ölkənin ən çalışqan super ulduzu Dilarə Kazımova yeni foto-layihəsini təqdim edib. "DİA-AZ" xəbər verir ki, sənətçi “Sörfçü qız” (Surfer Girl) layihədə çimərlik geyimində kamera qarşısına keçib. Estrada ulduzu bildirib ki, yaradıcılığı üçün bir çox layihələr planlaşdırıb: “Bu, sadəcə başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq”. Qeyd edək ki, fotoların müəllifi Zaur Cəlilovdur. Kazımovanın makiyajı üzərində Jalə Bağırova çalışıb. Layihənin çəkilişləri Bakıda reallaşıb.



Geri qayıt