Əsas Səhifə > Şou-biznes > "Uşaqlıqdan musiqinin içində böyümüşəm..."

"Uşaqlıqdan musiqinin içində böyümüşəm..."


Bu gün, 06:35

“Estrada müğənnilərindən əməkdar artistlər Lalə Məmmədova, Sevda Ələkbərzadə atamın tələbələri olub. Konsertlərdən birində xalq artisti Aygün Kazımova atamla duet oxuyub. Həmin görüntüləri tez-tez sosial şəbəkədə paylaşırlar. Aygün Kazımova həmin nömrənin muğam, təsnif hissəsini atamdan öyrənib. Vaxt, zaman imkan versəydi bir çox tələbələri olardı. Təəssüf ki, atamı erkən itirdik. Atam Röyanın da ifasını bəyənirdi. Röya həm şəxsiyyət, həm də bir sənətkar kimi Ağaxan müəllimə qarşı böyük hörməti, marağı var idi”.
Bunu Moderator.az -a açıqlamasında mərhum xalq artisti Ağaxan Abdullayevin oğlu, Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqının sədri Hikmət Ağaxanoğlu deyib. O daha sonra bildirib ki, musiqiyə yönəlməsində atasının əvəzsiz rolu olub:
“Uşaqlıqdan musiqinin içində böyümüşəm. Göz açıb evdə atamızı görmüşük. Atam məni kamança ixtisasına yönəltdi. Sonra gördü ki, səsim də var. Tam ifalarımı görmək atama qismət olmadı, onu itirəndə 18 yaşım var idi. Atam həyatda olsaydı oxumaq barəsində bir çox məsləhətləri ondan almaq istərdim. Qardaşım Orxan da tar alətində ifa edir” deyə o bildirib.

Geri qayıt