Əsas Səhifə > Şou-biznes > "Mən hər zaman iş başında olmaq istəyirəm"

"Mən hər zaman iş başında olmaq istəyirəm"


Bu gün, 11:33

"Doğum günlərimi hər zaman dostlarımla birlikdə qeyd etmişik. Dəbdəbədən, şan-şöhrətdən uzağam. Sağ olsun, dövlətim də mənə vaxtı-vaxtında diqqət, qayğı göstərir. Doğum günlərim bəzən elə olub ki, çəkiliş günlərinə də təsadüf edib. Yadımdadır, o vaxt Kəlbəcərdə Şahmar Ələkbərov, Vəfa Fətullayeva ilə birgə "Firəngiz" filminə çəkilirdik. Hökümə Qurbanova da qızının yanına gəlmişdi. Çox gözəl doğum günü qeyd etdik"
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra arzularından danışıb:
"Allah nə qədər ömür yazıbsa bunu heç kim bilmir. Mən hər zaman iş başında olmaq istəyirəm. Bunun üçün də insana sağlamlıq lazımdır. Bəzən səhhətimdə hansısa problemlər də yaranır. Ümid edirəm və arzulayıram ki, filmlərimiz əvvəlki səviyyəsinə qayıtsın. 70-80-ci illərin abu-havası "Azərbaycanfilm" kinostudiyasına gəlsin. Arzulayıram ki, o filmlərdə kiçik bir rol mən də oynayım. Bu mənim arzumdur. Ömür gedir, həyat dayanmır axı. Mən indi 30 il bundan əvvəlki Rasim deyiləm" deyə sənətkar bildirib.

Geri qayıt