Əsas Səhifə > Şou-biznes > "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..."
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..."Bu gün, 05:03 |
Əməkdar artist Abbas Bağırov Əməkdar artist Ehtiram Hüseynov və müğənni Hacı Nazim Məmmədovla birgə Qarabağa yollanıb. Axşam.az xəbər verir ki, Əsgəran, Xankəndi, Şuşa, Laçın, Zabux, Minkənd kimi ərazilərdə olan ifaçı fotolar paylaşaraq bunları yazıb. "Bu səfərimizdə yolumuzu Qarabağdan saldıq. O qədər gözəllik gördük ki, bunu sözlə ifadə etmək çox çətindir. Əsgəran, Xankəndi, Şuşa, Laçın, Zabux, Minkənd… Bu yerlərdən keçdikcə Qarabağımızın necə dirçəldiyini, necə gözəlləşdiyini görəndə adamın qəlbi fərəhlə dolur, insan fəxr edir ki, bu torpağın övladıdır. Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki, yanımda ailəm və ailəmizə çox doğma olan bir insan — əziz qardaşım, gözəl yol yoldaşım Hacı Nazim də vardı. Onunla birgə bu yolları getmək, bu hissləri bölüşmək sözün əsl mənasında unudulmaz oldu. Allah xalqımızı, yurdumuzu qorusun! Qarabağımız həmişə var olsun!" deyə, Abbas bildirib. Geri qayıt |