Əsas Səhifə > Şou-biznes > "Mən azərbaycanlıyam və çox çayxoram"

"Mən azərbaycanlıyam və çox çayxoram"


30-07-2025, 11:54

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Bakıya gəlib.

"DİA-AZ" Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Suada Hacızadə şəxsi sosial media hesabında paylaşım edib.


O, paylaşımında bunları qeyd edib:

"Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və çox çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm".

Qeyd edək ki, Suada Hacızadə 2021-ci ilin iyun ayında Van Dammın oğlu Kristofer Van Damm ilə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah bağlayıb. Hazırda cütlük ABŞ-də yaşayır.



Geri qayıt