Əsas Səhifə > Şou-biznes > “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi”
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi”Bu gün, 11:06 |
“Səhhətim yavaş-yavaş düzəlir. Ailəm, həyat yoldaşım mənə çox yaxşı baxır. Bu günlərdə havamı dəyişmək üçün Qubaya getmişdik. Bu gün isə Xızıda, Altıağacdayıq. İş yoxdursa, demək ki, istirahət etmək lazımdır. Aktyorun cənazəsini səhnədən götürməlidirlər. Burada yaş məsələsi olmamalıdır. Əlbəttə ki, rejissor rolu düzgün bölə bilirsə. Yaradıcı insan üçün yaş həddi olmur. Ola bilsin ki, rejissor mənim yaşıma uyğun rol tapa bilmirsə, bu nə mənim günahımdır, nə də rejissorun. Burada artıq dramaturgiya rol oynayır”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktyor Vahid Əliyev deyib.
O daha sonra illər öncə teatrda baş rejissor işləmiş Bəhram Osmanovla onu üz-üzə qoyan insanlardan da danışıb:
“Adamın üstündə Allah var. Bəhram pis oğlan deyil. Sadəcə olaraq bizim teatrda məni Bəhramın gözündən salan insanlar var idi. Hansı ki, onlar Bəhramla dostluq edirdilər və məni də guya “çox istəyirdilər”. Üzümə gülürdülər, bu tərəfdən də arxamca iş çevirirdilər. Mən Bəhramla işlədim, mənə tamaşada rol da verdi və iş prossesimi gördü. Allah ona can sağlığı versin. Sadəcə olaraq teatrımızda işləyən və mənə “dost” gözü ilə baxan insanlar var idi. Onlardan biri sonra teatrda direktor oldu. Söhbət Mübariz Həmidovdan gedir. Ona görə də mən pensiyaya da əməkdar artist kimi çıxdım, xalq artisti kimi yox. Amma teatrımızdakı xalq artistlərinə aktyor sənətindən dərs deyərəm. Teatrda ad almaq üçün müxtəlif vəzifələrdə işləmək lazım idi. Elə aktyorlara rol verirdilər ki, onlar da rolu pis günə qoyurdular. Hətta fəxri ad almaq üçün rejissorlara qonaqlıq verənlər də var idi. Mən heç vaxt belə olmadım”, - deyə aktyor bildirib.
Geri qayıt |