Əsas Səhifə > Şou-biznes > "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil"

"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil"


Bu gün, 17:11

"Məni bir nəfər sənətdən küsdürdü. Adını çəkməyəcəyəm. İstəyirdim "Leyli" olum, həmin adamla oxuyum (Xalq artisti Alim Qasımovu nəzərdə tutur - red.). Dəfələrlə dedim, Muğam, Opera və Balet Teatrında oxuyum. Məni hər yerdən burdular. Sənətdən küsdüm, mənə maraqlı olmadı".


Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Monitorinq" yutub layihəsində müsahibəsi zamanı deyib. Sənətçi aparıcıları və televiziya rəhbərləerini tənqid edib:

"Efirə isə reytinq lazımdır. İnsanın özünə görə yox, özümə görə addım atdım, davrandım. Qarşımdakına öz ölçümlə dəyər verdim. Dostlarım... Onlar dostum deyil. Onlar reytinq xatirinə Mətanəti güdaza verənlərdir. Onlara "dost" dedim, əfsuslar olsun. Onlara Mətanət Əsədova əlverişlidir. Ölü verilişlərini diri etdim.

Verilişə gedəndə saç, makiyaj, geyim hazırlayır, əziyyət çəkirəm. Gəlirəm mahnı oxuduğum yerdə kəsib bir səviyyəsiz söz deyir, sponsor, reklam, anons verir. Muğam oxuyanda yarımçıq kəsərlər? Günah onları aparıcı yerinə qoyan televiziya rəhbərlərindədir. Müğənninin danışıq qabiliyyəti, zövqü, hissi, ruhu olmalıdır. Hər şeyə hisslə yanaşmalıdır. Bu nə müğənnidə, nə aparıcıda var. Kotanı yerə qoyan əlində mikrofon efirdə aparıcılıq edir. Ona pul, maaş, insanlardan dartıb yığmaq lazımdır".

M.Əsədova konsert verməməsinin səbəbini açıqlayıb:

"30 ildir sənətdəyəm, konsert verməmişəm. Niyə? Saraylar, məkanlar nə qədər pul istəyir. Mənim ora verməyə pulum yoxdur. Dünən çıxanın biri Əməkdar, biri Xalq artistidir. Biz nəyik onda? Sənətkara vaxtında qiymət verin. Öləndən sonra gedib qəbr daşıma "Xalq artisti" yazılması lazım deyil".


Geri qayıt