Əsas Səhifə > Siyasət / Manşet > Bunlarla dövlət də bacarmır...

Bunlarla dövlət də bacarmır...


Bu gün, 08:57

"Starexglobal.az"dan növbəti şikayətimi paylaşıram..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Günel Əhmədzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Daha əvvəl də qeyd etdiyim kimi, Amazon üzərindən sifariş etdiyim iki bağlamadan biri mənə çatdırıldı, digəri isə uzun müddət “çeşidləmə” statusunda qaldı. Dəfələrlə müraciət etməyimə baxmayaraq, yalnız “araşdırılır” cavabı alırdım. Sonra həmin bağlamanın statusu “uğursuz çatdırılma” olaraq dəyişdirildi və bir müddət mənimlə əlaqə saxlanılmadı.
12 fevral və 30 aprel tarixlərində yazdığım şikayətlərdən sonra mənimlə əlaqə saxlanıldı və bildirildi ki, məbləğ geri qaytarılacaq. Kart məlumatlarım alındı, lakin o vaxtdan bəri heç bir cavab almamışam. Sonuncu dəfə Antinhisar Komitəsinə də müraciət etdim, cavab gəldi ki, məsələ nəzarətdədir. Amma artıq bir neçə həftə keçib, yenə də heç bir dəyişiklik yoxdur.
Bu məsələ ilə bağlı mənə aydın və konkret cavab təqdim olunsun. Əgər məbləğin qaytarılması nəzərdə tutulubsa, bu prosesin nə zaman baş tutacağı barədə məlumat verilsin..."

Geri qayıt